“Ukrayna diz çöküb mərhəmət diləməlidir” - Medvedyev

“Ancaq üç əsas şərt yerinə yetirilərsə, sülh üçün istənilən təklifin uğur şansı var. Münaqişə edən hər iki tərəfin iştirakı: amma bu yoxdur. Tarixi kontekst: Ukrayna dövləti 1991-ci ildən əvvəl heç vaxt mövcud olmayıb. O, Rusiya imperiyasının bir parçasıdır. Mövcud reallıqlar: Ukrayna yarımömürlük mərhələdədir və ərazilərinin bir hissəsi Rusiyaya qayıdıb. Bu reallığı etiraf etməyə hazır olan vasitəçinin uğur şansı var”, - Medvedyev bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Ukrayna ilə bağlı sülh danışıqlarına Rusiya dəvət edilməyib. Sülh danışıqları ötən gün başlayıb və bu gün davam edir.