Tramp həbsxanadakı fotosunu paylaşdı

Keçmiş Prezident yerli mediaya açıqlamasında onun fotolarını çəkməyə başladıqlarında özünü narahat hiss etdiyini deyib. Onun sözlərinə görə, pis heç nə etmədiyindən, bu, ona xoş olmayıb.
Xatırladaq ki, Tramp Corciya ştatının Fulton qraflığının həbsxanasına gedib, 20 dəqiqə saxlanıldıqdan sonra sərbəst buraxılıb. Onun burada 200 min dollarlıq girov müqabilində azad edilməsi barədə razılığa gəlinib. Onun fotosu çəkilib və barmaq izləri alınıb.
Qeyd edək ki, Tramp aprel ayından 4-cü dəfədir ki həbs olunur. O, 2020-ci il prezident seçkilərinin nəticələrini öz xeyrinə dəyişməyə cəhd etdiyi iddiası ilə aparılan “6 Yanvar Konqres basqını” araşdırmaları çərçivəsində ittiham olunur.