Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp həbsxanadakı fotosunu paylaşdı

Tramp həbsxanadakı fotosunu paylaşdı

Tramp həbsxanadakı fotosunu paylaşdı
2023-08-25 , 13:47

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp 2021-ci ildən bu yana “X” (tviter) hesabında ilk dəfə paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, Tramp hesabında Corciya ştatının Fulton qraflığının həbsxanasında çəkilən fotosunu paylaşıb. 
Keçmiş Prezident yerli mediaya açıqlamasında onun fotolarını çəkməyə başladıqlarında özünü narahat hiss etdiyini deyib. Onun sözlərinə görə, pis heç nə etmədiyindən, bu, ona xoş olmayıb. 
Xatırladaq ki, Tramp Corciya ştatının Fulton qraflığının həbsxanasına gedib, 20 dəqiqə saxlanıldıqdan sonra sərbəst buraxılıb. Onun burada 200 min dollarlıq girov müqabilində azad edilməsi barədə razılığa gəlinib. Onun fotosu çəkilib və barmaq izləri alınıb. 
Qeyd edək ki, Tramp aprel ayından 4-cü dəfədir ki həbs olunur. O, 2020-ci il prezident seçkilərinin nəticələrini öz xeyrinə dəyişməyə cəhd etdiyi iddiası ilə aparılan “6 Yanvar Konqres basqını” araşdırmaları çərçivəsində ittiham olunur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.