Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Özümüzü niyə dəyərsiz hiss edirik?  

Özümüzü niyə dəyərsiz hiss edirik?
 

Özümüzü niyə dəyərsiz hiss edirik?
 
2023-07-17 , 22:20

Dəyərli olmaq, özünü dəyərli hiss etmək hər zaman insanı xoşbəxt edir. Bu zaman, elə bil, dünyanı daha rəngarəng görür. Yaşanan hər şey olduğundan gözəl görünür. Sanki əməllərimizə, davranışlarımıza, münasibətlərimizə görə kimlərinsə bunu qiymətləndirməsinə ehtiyac duyuruq. Bunun əksi olanda isə özümüzü dəyərsiz hiss edirik, küsürük, hər şeyin pisə doğru getdiyini düşünürük, iç dünyamızda gözəllikləri yaşaya bilmirik. Bu da öz növbəsində həyat keyfiyyətinin aşağı düşməsinə, insanın özünü getdikcə pis hiss etməsinə gətirib çıxarır. Belə cümlə var, nə yesən doyursan, amma sevdiyin yemeyi yeyəndə özünü doymuş hiss edirsen. Doğrudur, nə hiss etdiyimiz, necə hiss etdiyimiz  çox önəmlidir.

Qeyd edim ki, “Mən dəyərliyəm” deməklə heç də birdən – birə heç kəs özünü dəyərli hiss etmir. Bəzən özünə daha çox dəyər verən şəxs gözlədiyi dəyəri görməyəndə də özünü dəyərsiz hiss edə bilər.
Özünə sual ver:
Niyə özümü dəyərsiz hiss edirem?
Nə baş verdi ki, mən özünü dəyərsiz hiss etməyə başladım?
Nə zamandan bəri özümü belə dəyərsiz hiss etməyə   başladım?
Bəs  özümü dəyərli hiss etdiyim zaman oldumu?O zaman nə baş vermişdi?
 
Bəs indi nə dəyişib?
Bu suallar haqda düşünmək, onlara cavab tapmaq gərəkdir.
Ümumiyyətlə, insanın özünü dəyərsiz hiss etməsinin keçmişlə əlaqəsi vardır. Valideynlər, insanın böyüdüyü mühit ona dəyər verməsə, ona davamlı olaraq dəyər vermədiyini hiss etdirsə, bir müddət sonra bu hiss insana təsir edir. Məsələn, uşaqlıqda səhv edəndə və ya tapşırılmış işi yerinə yetirə bilməyəndə valideynlərin reaksiyası vacibdir. Övlad nəysə düzgün etməyəndə, axmaqlıqla, bacarıqsızlıqla günahlandırılırsa, güzəşt olunmursa, izah olunmursa, sevilmirsə, tənqid olunursa, psixoloji şiddətə məruz qalırsa, təbii ki, özünü dəyərsiz hiss edəcək. Zamanla iç dünyasında yaranmış bu hiss – dəyərsizlik hissi onun həyatının hər sahəsində özünü göstərəcək. Həmin şəxslər insan içində danışmağa utanırlar, hər kəsdən uzaq durmağı seçirlər, diqqət mərkəzində olmaqsan qaçırlar, yeni insanlarla tanış olmaq istəmirlər, onlarla ünsiyyət qurmaqdan çəkinirlər, başqaları nə deyər , nə düşünər deyə  özlərini yorurlar.
Bəli, dəyərsizlik hissi uşaqlıqdan yaranır. Nə olursa olsun, valideynlər övladlarına dəyər verməyi bacarmalıdır. Çünki valideyn uşağa dəyər verməyəndə, diqqət, sevgi, anlayış göstərməyəndə mən dəyərsizəm, diqqətə layiq deyiləm, sevilmirəm, gərəksizəm deyə düşünən bir övlad, bir gənc, cəmiyyətin özünü dəyərsiz hiss edən bir üzvü kimi böyüyür.
İnsan inkişaf edib, dəyişməyi bacarır.
Mən dəyişə bilərəm.
Özümü dəyərli və özəl biri olaraq hiss edə bilərəm.
– düşüncələrilə bir yola çıxsa, zamanla özünə dəyər verib, özünü dəyərli hiss edə bilər. Doğrudur, buna zaman lazımdır. Amma bu addımı atmaq istəyi belə gözəldir. Öncə özünü düşün. Səni dəyərli edən nədir? Səni özəl edən nədir? Səni dəyərli və yaxşı hiss etdirən nədir? Sənə dəyər verənlər də oldu, səni dəyərli hiss etdirənlər də oldu.
Sən dəyərlisən!Mən dəyərliyəm!
Unutmayaq ki,həyat davam edir, nə olursa olsun hər işdən gözəl təcrübə toplaya bilərik. Hər zaman gözəlliyə doğru dəyişməyə zaman var. İç dünyanda fərqliliyinin , potensialinin, bacarığının, gözəlliyinin fərqinə varmağa, gözəllikləri yaratmağa, gözəl düşünməyə başladığın andan etibarən özünü yaxşı  hiss edəcəksən, özünə dəyər verəcəksən və özünü dəyərli hiss etməyə başlayacaqsan. Hər kəsin sevdiyi, dəyər verdiyi birisi olmaq mümkün deyil və bu gərəkli də deyil. Sən özünə dəyər verdiyin andan sənə dəyər  verənləri də tanıyacaqsan,  bu sənin özünü daha dəyərli hiss etdirəcək.
 
Psixopedaqoq, terapist Ülviyyə Əfəndiyeva

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.