Arayik Azərbaycana savaş elan etdi: “ Diz çökməyəcəyik”

O, eyni zamanda, Azərbaycana savaş açırmış kimi leksikonda danışaraq təslim olmayacaqlarını deyib: “Keçən il dekabr ayında Fransada olarkən bu gün baş verənlər haqqında xəbərdarlıq etmişdim. Azərbaycan təzyiq yolu ilə bizi diz çökdürməyə ümid edir, amma, bacarmayacaq. Diz çökməyəcəyik və şansımız olduğu müddətdə savaşacağıq. Artıq dünyadan, beynəlxalq qurumlardan, super güclərdən hiç bir gözləntimiz olmamasına rəğmən biz mübarizəyə davam edəcəyik”.