Yenilik.Az
www.Yenilik.Az » Dünya » Arayik Azərbaycana savaş elan etdi: “ Diz çökməyəcəyik”  

Arayik Azərbaycana savaş elan etdi: “ Diz çökməyəcəyik”  

Arayik Azərbaycana savaş elan etdi: “ Diz çökməyəcəyik”  
2023-08-30 , 16:19

Xankəndidəki separatçı-terrorçu rejimin başçısı Arayik Harutyunyan Fransadan göndərilən yardım TIR-ları ilə Ermənistana gələn Parisin bələdiyyə sədri ilə bu gün video-formatda görüşüb. 

Turkustan.az xəbər verir ki, “artsax”a verdikləri dəstəyə görə Fransa hakimiyyətinə təşəkkürünü çatdıran Arayik, bu dəstəyi unutmayacaqlarını bildirib.
O, eyni zamanda, Azərbaycana savaş açırmış kimi leksikonda danışaraq təslim olmayacaqlarını deyib: “Keçən il dekabr ayında Fransada olarkən bu gün baş verənlər haqqında xəbərdarlıq etmişdim. Azərbaycan təzyiq yolu ilə bizi diz çökdürməyə ümid edir, amma, bacarmayacaq. Diz çökməyəcəyik və şansımız olduğu müddətdə savaşacağıq. Artıq dünyadan, beynəlxalq qurumlardan, super güclərdən hiç bir gözləntimiz olmamasına rəğmən biz mübarizəyə davam edəcəyik”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.