Boris Consonun oğlunun dayəsi bir qədəh şərab içdiyinə görə işdən çıxarılıb

"Bu, tam bir kabus idi", - Daus işdən çıxarılma prosesini təsvir edib. O, siyasətçinin həyat yoldaşı Kerri Consonun xəstəxanadan çıxandan dərhal sonra onu işdən çıxardığını, Dausa evdən çıxmağa hazırlaşması üçün 15 dəqiqə vaxt verdiyini, bu zaman hətta yeni doğulmuş körpəsini hələ görmədiyini qeyd edib.
Daus həmçinin Conson ailəsinə qarşı qanuni addım atmağı düşündüyünü söyləyib, çünki o, ailə ilə üç aylıq müqavilədə bağlayıb. Buna görə Conson ailəsi ona minlərlə funt sterlinq təzminat ödəməyə borcludur.
Böyük Britaniyanın baş naziri Boris Conson ötən il iyulun 7-də vəzifəsini tərk edib. O, bu qərarı siyasi böhran və Britaniya hökuməti üzvlərinin istefa dalğası səbəbindən verib.