Yenilik.Az
www.Yenilik.Az » Dünya » Boris Consonun oğlunun dayəsi bir qədəh şərab içdiyinə görə işdən çıxarılıb

Boris Consonun oğlunun dayəsi bir qədəh şərab içdiyinə görə işdən çıxarılıb

Boris Consonun oğlunun dayəsi bir qədəh şərab içdiyinə görə işdən çıxarılıb
2023-09-24 , 16:58

Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun yeni doğulmuş oğlunun dayəsi işdən çıxarılıb. Buna səbəb siyasətçinin həyat yoldaşı Kerrinin Consonla dayənin birlikdə səkkizinci övladının şərəfinə bir qədəh çəhrayı şərabı içməsindən xəbər tutması olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə “Mirror” qəzetinə dayənin özü, 59 yaşlı zimbabveli Tereza Daus məlumat verib.
"Bu, tam bir kabus idi", - Daus işdən çıxarılma prosesini təsvir edib. O, siyasətçinin həyat yoldaşı Kerri Consonun xəstəxanadan çıxandan dərhal sonra onu işdən çıxardığını, Dausa evdən çıxmağa hazırlaşması üçün 15 dəqiqə vaxt verdiyini, bu zaman hətta yeni doğulmuş körpəsini hələ görmədiyini qeyd edib.
Daus həmçinin Conson ailəsinə qarşı qanuni addım atmağı düşündüyünü söyləyib, çünki o, ailə ilə üç aylıq müqavilədə bağlayıb. Buna görə Conson ailəsi ona minlərlə funt sterlinq təzminat ödəməyə borcludur.
Böyük Britaniyanın baş naziri Boris Conson ötən il iyulun 7-də vəzifəsini tərk edib. O, bu qərarı siyasi böhran və Britaniya hökuməti üzvlərinin istefa dalğası səbəbindən verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.