Paşinyan xalqa müraciət edəcək

Bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib. Çıxış günün ikinci yarısında olacaq.
Qeyd edək ki, bu, Azərbaycanın Qarabağda antiterror tədbirləri keçirməsindən sonrakı 4 gün ətzində Ermənistan baş nazirinin üçüncü müraciətidir.
İstisna deyil ki, Paşinyan bu gün keçiriləcək etiraz aksiyası ilə bağlı mövqeyini bildirəcək, həmçinin ermənilərə ünvanlı xilas yolu barədə fikirlərini səsləndirəcək.