Paşinyan xalqa müraciət edəcək

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, sentyabrın 24-də xalqa müraciətlə çıxış edəcək.
Bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib. Çıxış günün ikinci yarısında olacaq.
Qeyd edək ki, bu, Azərbaycanın Qarabağda antiterror tədbirləri keçirməsindən sonrakı 4 gün ətzində Ermənistan baş nazirinin üçüncü müraciətidir.
İstisna deyil ki, Paşinyan bu gün keçiriləcək etiraz aksiyası ilə bağlı mövqeyini bildirəcək, həmçinin ermənilərə ünvanlı xilas yolu barədə fikirlərini səsləndirəcək.
OXŞAR XƏBƏRLƏR