Yenilik.Az
www.Yenilik.Az » Dünya » Erməni separatçıları silahlarını yerə qoydu - Fransız jurnalist

Erməni separatçıları silahlarını yerə qoydu - Fransız jurnalist

Erməni separatçıları silahlarını yerə qoydu - Fransız jurnalist
2023-09-21 , 16:24

Azərbaycanın hərbi tədbirləri 24 saatdan az müddətdə vəziyyəti dəyişdi. Qarabağın erməni sakinləri ilə Bakı arasında danışıqlar cümə axşamı başlayacaq. Ermənistan münaqişəyə qarışmır.

Musavat.com xəbər verir ki, bu barədə fransız jurnalist, hərbi ekspert Jan-Dominik Merşe deyib.
"Faktlar - Qarabağdakı erməni separatçı qüvvələri bir gün əvvəl antiterror tədbirlərinə başlayan Azərbaycan ordusuna qarşı mübarizədə bir sıra uğursuzluqlardan sonra çərşənbə günü atəşkəs razılaşmasının şərtlərini qəbul etdiklərini açıqlayıb.
Separatçılar bildiriblər ki, Rusiyanın təklif etdiyi və çərşənbə günü yerli vaxtla saat 13:00-da qüvvəyə minən saziş bölgədəki erməni silahlı qüvvələrinin parçalanmasını və tərksilah edilməsini və nizami Ermənistan qoşunlarının çıxarılmasını tələb edir. Cümə axşamı (separatçıların) nümayəndələri ilə Azərbaycan rəsmiləri arasında bu ərazinin və orada yaşayan ermənilərin gələcəyi ilə bağlı danışıqlar aparılacaq.
Qarabağ münaqişəsində son akt, bəlkə də, hazırda oynanılmaqdadır. Çərşənbə axşamı günorta saatlarında başlayan Azərbaycanın hərbi əməliyyatı, görünür, iyirmi dörd saatdan az müddətdə öz məqsədlərinə nail olub. Erməni qoşunları müqavimət göstərə bilmədilər və faktiki olaraq təslim oldular. Çərşənbə günü tərəflər arasında atəşkəs razılaşdırılıb və danışıqlar cümə axşamı Azərbaycanın Yevlax şəhərində başlamalıdır.
Gələcək hadisələrin baş verəcəyi ehtimalı böyükdür, lakin Qafqazın geosiyasi xəritəsi gözümüzün qabağında dəyişir. Yerli müstəvidə, beynəlxalq etirazlara baxmayaraq, uduzan tərəf separatçı ermənilər oldu. Amma regional miqyasda - Ermənistanda siyasi çevrilişdən başqa - Rusiya "yaxın xaricdə", yəni keçmiş imperiyasında öz təsirini itirə bilər.
Regionda vəziyyət 2020-ci ilin payızından, Ermənistanın ilkin hərbi məğlubiyyətindən sonra dəyişməz qalıb. Məsələ yalnız 3000 km²-lik 1991-ci ildən bəri özünü "Artsax Respublikası" elan edən və Fransanın bir Departamentinin (ərazi vahidliyinin) yarısı boyda olan kiçik bir anklav idi. Ermənistan Respublikasından "Laçın dəhlizi" ilə ayrılan bu ərazi 2 min rus hərbçinin nəzarəti altında idi. Beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycanın 1991-ci ildə Sovet İttifaqından miras qalmış sərhədlərinin bir hissəsidir. Ermənilər iddia edir ki, Qarabağın əhalisinin sayı 120 min nəfərdir, lakin Azərbaycan tərəfi bildirir ki, bu rəqəm 50 min nəfər təşkil edir.
Ətraflı
"Qırmızı xətt". Sentyabrın 9-da "Artsax"ın "yeni prezidenti"nin seçilməsi Bakı üçün "qırmızı xətt" oldu", - Azərbaycan Prezidentinin xüsusi məsələlər üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.
Azərbaycan Ermənistanı Qarabağda təqribən 10 minlik qoşun kontingentinə malik olmaqda ittiham edir ki, bunun da 3 mini yerli sakinlərdən cəlb olunub, Ermənistanın paytaxtı İrəvan bunu çox inandırıcı olmasa da, təkzib edir. Bu mövcudluq 2020-ci il razılaşmalarına zidd idi. Çərşənbə axşamı başlayan "antiterror" əməliyyatı bu silahlı qüvvələrə qarşı yönəlib. Azərbaycanın hərbi üstünlüyü danılmazdır.
Bakının pilotsuz uçuş aparatları və artilleriya qurğuları 24 saatdan az vaxt ərzində əksəriyyəti Rusiya istehsalı olan hərbi obyektlərə (radarlar, zenit qurğuları) zərbələr endirib və ehtimal ki, təmas xəttində 90 döyüş mövqeyini "zərərsizləşdirib". Bakı bildirir ki, onun qoşunlarının ermənilər yaşayan şəhər və kəndlərə soxulmaq niyyəti olmayıb. Ölənlərin sayı ilə bağlı hələlik dəqiq məlumat yoxdur, - deyə o əlavə edib.
Azərbaycan Respublikasının tərkibində bu erməni əhalisinin gələcəyindən bəhs edən jurnalist qeyd edib ki, rəsmi Bakı əmin edir ki, onlar (Qarabağ erməniləri) öz yerlərində qala bilərlər və onların nümayəndələri ilə danışıqlar yolu ilə "reinteqrasiya" olunacağını təklif edilir.
"Tarixi səhv." Bu növbəti məğlubiyyətin Ermənistanın özündə də nəticələri olacaq. Çərşənbə axşamı nümayişçilər baş nazir Nikol Paşinyanın istefasını tələb edərək hökumət binasını mühasirəyə alıblar. O, "Ermənistanı hərbi eskalasiyaya sürükləməyə çalışan daxili və xarici qüvvələrə qarşı" xəbərdarlıq edərək, münaqişəyə qarışmamaq niyyətini açıqlayıb. Bu demokratik və qərbyönlü lider hətta daha radikal ünsürlərin "dövlət çevrilişi" təhlükəsindən də danışıb.
Ermənistan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ərazisində hərbi bazası və sərhədçiləri yerləşdişirlmiş Moskvanın himayəsindən faydalanır. Rusiyanın dəstəyi hətta Ermənistanın Azərbaycana qarşı birinci Qarabağ müharibəsində (1988-1994) qalib gəlməsinə imkan verdi. 2020 və 2023-cü illərin məğlubiyyətləri göstərir ki, bir avropalı diplomatın sözləri ilə desək, "Rusiyanın həyat sığortası artıq heç bir şeyə yaramır". Çərşənbə axşamı rus qoşunları Azərbaycanın hücumuna qarışmayaraq, atəşə tutulan ərazilərdən mülki əhalinin təxliyəsinə kömək etməklə kifayətləniblər.
Baş nazir Paşinyan bu fürsətdən istifadə edərək ölkəsinin Moskvadan uzaqlaşaraq Qərbə doğru istiqamətini sürətləndirə bilər. Sentyabrın 3-də Ermənistanda ABŞ-la birgə hərbi təlimlər keçirilərkən o, "Təhlükəsizlik baxımından Rusiyadan asılılığımız tarixi səhv idi" deyə bəyanat səsləndirib. Buna baxmayaraq, rusiyayönlü hərəkatlar ölkədə nüfuzunu qoruyub saxlayır. Qarabağda məğlub olduqdan sonra Paşinyanı devirmək üçün millətçi alovu alışdıra bilərlər. Nikol Paşinyan 2018-ci ildə rəsmi Kreml tərəfindən çox da təqdir edilməyən demokratik inqilab yolu ilə hakimiyyətə gəlib, daha sonra isə yenidən Baş Nazir olaraq seçilib", - deyə o bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.