“Məni öldürməyə çalışırlar, atam...” – Baydenin oğlu

Sfera.az xəbər verir ki, Hunter Bayden iştirak etdiyi "Moby Pod" proqramında ittihamları qəbul etmədiyini bildirib:
“Məni öldürməyə çalışırlar. Bu ittihamlarla nüfuzuma xələl gətirmək cəhdləri nəticə verməyəcək. Bunların hamısı yalandır. Amma bu iftiraların durmasına olan ümidlərimi itirmişəm, görünən odur ki, atam ABŞ prezidenti olduğu müddətcə onlar dayanmayacaq”.
Xatırladaq ki, ittihamlar təsdiqini taparsa Hunter Baydeni 17 ilə qədər həbs cəzası gözləyir.