Yenilik.Az
www.Yenilik.Az » Dünya » “Məni öldürməyə çalışırlar, atam...” – Baydenin oğlu

“Məni öldürməyə çalışırlar, atam...” – Baydenin oğlu

“Məni öldürməyə çalışırlar, atam...” – Baydenin oğlu
2023-12-09 , 14:38

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenə qarşı vergidən yayınma və sənəd saxtakarlığı ittihamları ilə iddia irəli sürülüb.

 
Sfera.az xəbər verir ki, Hunter Bayden iştirak etdiyi "Moby Pod" proqramında ittihamları qəbul etmədiyini bildirib:
 
“Məni öldürməyə çalışırlar. Bu ittihamlarla nüfuzuma xələl gətirmək cəhdləri nəticə verməyəcək. Bunların hamısı yalandır. Amma bu iftiraların durmasına olan ümidlərimi itirmişəm, görünən odur ki, atam ABŞ prezidenti olduğu müddətcə onlar dayanmayacaq”.
Xatırladaq ki, ittihamlar təsdiqini taparsa Hunter Baydeni 17 ilə qədər həbs cəzası gözləyir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.