Lavrov: Ermənistan dəhlizdə rus sərhədçilərini görmək istəmir

Lavrov: Ermənistan dəhlizdə rus sərhədçilərini görmək istəmir Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin Sünikdə yerləşdirilməsini istəmir.
Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil. Sünik bölgəsindən marşrutun açılması kimi Ermənistan üçün faydalı olan praktiki işin hələ də kağız üzərində qalması böyük təəssüf doğurur”, - deyə Lavrov vurğulayıb.
Onun sözlərinə görə, səbəb İrəvanın mövqeyindədir.
Rusiya XİN rəhbərinin sözlərinə görə, bu məsələ ilə bağlı İrəvana kimsə məsləhətlər verir:
“Gördük ki, Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin marşrutların açılması, sərhədin delimitasiyası və sülh müqaviləsinin hazırlanması ilə nəticələndiyini anlayan kimi dərhal dəvət görmədən prosesə sızmağa başladılar”.
 
Geri qayıt