Lavrov: Ermənistan dəhlizdə rus sərhədçilərini görmək istəmir

Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin Sünikdə yerləşdirilməsini istəmir.
“Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil. Sünik bölgəsindən marşrutun açılması kimi Ermənistan üçün faydalı olan praktiki işin hələ də kağız üzərində qalması böyük təəssüf doğurur”, - deyə Lavrov vurğulayıb.
Onun sözlərinə görə, səbəb İrəvanın mövqeyindədir.
Rusiya XİN rəhbərinin sözlərinə görə, bu məsələ ilə bağlı İrəvana kimsə məsləhətlər verir:
“Gördük ki, Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin marşrutların açılması, sərhədin delimitasiyası və sülh müqaviləsinin hazırlanması ilə nəticələndiyini anlayan kimi dərhal dəvət görmədən prosesə sızmağa başladılar”.
OXŞAR XƏBƏRLƏR