Kadırovdan yeni və qəribə qadağa

"Çeçenistan Respublikasının rəhbəri Ramzan Axmatoviç Kadırovla razılaşdırılmış yekun qərarı elan edib. Bundan sonra bütün musiqi, vokal və xoreoqrafik əsərlər dəqiqədə 80-dən 116 vuruşa qədər tempə uyğun olmalıdır", - Dadaev bildirib.
Çeçenistan Mədəniyyət Nazirliyinin rəhbərinin sözlərinə görə, bu qərar yerli qrupların ifa etdiyi musiqinin “Çeçen mentalitetinə və musiqi ritminə” uyğun olmasını təmin etmək üçün verilib.