Yenilik.Az
www.Yenilik.Az » Dünya » Kadırovdan yeni və qəribə qadağa

Kadırovdan yeni və qəribə qadağa

Kadırovdan yeni və qəribə qadağa
2024-04-06 , 17:06

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistanda musiqi əsərləri üçün temp tələblərini təsdiqləyib. Yeni qayda lə Çeçenistanda “iti templi” musiqi parçaları qadağan olunur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Qroznı-İnform” portalı Çeçenistanın mədəniyyət naziri Musa Dadayevə istinadən məlumat yayıb.
"Çeçenistan Respublikasının rəhbəri Ramzan Axmatoviç Kadırovla razılaşdırılmış yekun qərarı elan edib. Bundan sonra bütün musiqi, vokal və xoreoqrafik əsərlər dəqiqədə 80-dən 116 vuruşa qədər tempə uyğun olmalıdır", - Dadaev bildirib.
Çeçenistan Mədəniyyət Nazirliyinin rəhbərinin sözlərinə görə, bu qərar yerli qrupların ifa etdiyi musiqinin “Çeçen mentalitetinə və musiqi ritminə” uyğun olmasını təmin etmək üçün verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.