Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ölümcül vəziyyətdə olduğu deyilən Kadırovun videosu yayıldı

Ölümcül vəziyyətdə olduğu deyilən Kadırovun videosu yayıldı

Ölümcül vəziyyətdə olduğu deyilən Kadırovun videosu yayıldı
2023-09-18 , 09:20

Çeçenistan rəhbəri Ramzan Kadırov gəzintidən video yayımlayıb. O, xəstəliyi və ölümü ilə bağlı şayiələrə cavab verib.

Yenilik.az Musavat.com-a istinadən xəbər verir ki, Kadırov bu barədə deyib:
"İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı şiddətlə tövsiyə edirəm. Yağış heyrətamiz dərəcədə canlandırıcıdır".
Qeyd edək ki, son iki gündə Rusiyadan kənarda yerləşən bir sıra xarici agentliklərdə məlumat yayılıb ki, Çeçenistan rəhbəri guya böyrək problemi ilə bağlı müalicə aldığı xəstəxanadadır. Hətta onun komada olduğunu deyənlər də vardı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.