Yenilik.Az
www.Yenilik.Az » Dünya » Ramzan Kadırovdan ŞOK TƏKLİF: Sülhməramlılar ora göndərilsin

Ramzan Kadırovdan ŞOK TƏKLİF: Sülhməramlılar ora göndərilsin

Ramzan Kadırovdan ŞOK TƏKLİF: Sülhməramlılar ora göndərilsin
2023-10-10 , 16:23

Çeçenistan rəhbəri Ramzan Kadırov dünya ictimaiyyətinə müraciət edərək, “ən azı bir dəfə Fələstindəki vəziyyətlə bağlı ədalətli qərar qəbul etməyi” tələb edib.

“Mən müsəlman ölkələrinin liderlərinə müraciət edirəm - koalisiya yaradın və dost adlandırdığınız şəxsləri, Avropanı və bütün Qərbi çağırın ki, yaraqlıları məhv etmək bəhanəsi ilə dinc sakinləri bombalamasınlar.
Biz Fələstini dəstəkləyirik. Biz bu müharibənin əleyhinəyik. Mən özüm də İsraildə olmuşam. Bizim dinc nümayəndə heyətimiz açıq-aşkar təxribat cəhdləri ilə üzləşib.
Ona görə də mən həm müharibəni dayandırmağa, həm də vəziyyətin hər hansı formada gərginləşdirilməməsinə çağırıram. Lazım gələrsə, bölmələrimiz asayişi bərpa etmək və istənilən təxribat törədənlərə qarşı mübarizə aparmaq üçün sülhməramlı qüvvələr kimi çıxış etməyə hazırdır”, - deyə Kadırov “Telegram” kanalında yazıb. (Oxu.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.