Kadırovun 18 yaşlı oğlu nazirin 1-ci müavini təyin edildi

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun böyük oğlu, 18 yaşlı Axmat Kadırov Çeçenistanın bədən tərbiyəsi, idman və gənclər siyasəti üzrə nazirinin birinci müavini vəzifəsinə təyin edilib. Yenisabah.az xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin sədri Maqomed Daudov bildirib.
Əvvəllər Axmat Kadırov "Birincilərin Hərəkatı" Ümumrusiya ictimai-dövlət gənclər hərəkatının Çeçenistandakı bölməsinə rəhbərlik edirdi. Çeçenistan parlamentinin spikerinin sözlərinə görə, o bu vəzifədə “gəncləri hər cür dəstəkləyib”.
"Əminəm ki, Axmat Kadırov ona tapşırılan vəzifələrin öhdəsindən yüksək səviyyədə gələcək. Bunun üçün o, lazımi biliyə, təcrübəyə və Axmat-Hacı Kadırovun yolunda işləmək arzusuna malikdir".
OXŞAR XƏBƏRLƏR