Yenilik.Az
www.Yenilik.Az » Dünya » Peskov Kadırovun xəstəliyindən danışdı

Peskov Kadırovun xəstəliyindən danışdı

Peskov Kadırovun xəstəliyindən danışdı
2023-09-18 , 15:20

“Çeçenistan rəhbəri Ramzan Kadırovun sağlamlıq vəziyyəti Rusiya Federasiyası Prezidenti Administrasiyasının məsələsi deyil”.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, Kadırovun xəstəxanaya yerləşdirilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatları belə şərh edib: “Hər halda Prezident Administrasiyası çətin ki sağlamlıq arayışı verə bilsin. Buna görə də deməyə sözümüz yoxdur”.
Peskov Kadırovla Putinin ötən həftəsonu görüşmədiyini də sözlərinə əlavə edib.
Xatırladaq ki, ilin əvvəlindən mediada 46 yaşlı Ramzan Kadırovun səhhətinin pis olması ilə bağlı məlumatlar yayılır. Onun onkoloji xəstəlikdən əziyyət çəkməsi iddia edilsə də, Kadırov bu barədə məlumatları təkzib edib. Rusiyalı müxalif siyasətçi və Federal Təhlükəsizlik Xidmətinin eks-polkovniki Gennadi Qudkov isə yerli mediaya müsahibəsində Kadırovda böyrək xəstəliyi olduğunu deyib. Onun sözlərinə görə, Kadırovun səhhəti ilə bağlı çeçen mənbələrdən məlumat əldə edib. Bildirilir ki, Çeçenistan rəhbəri böyrək əməliyyatı keçirsə də, bu, nəticə verməyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.