Fətullah Gülən Türkiyədə basdırılacaq? - Dəfn yeri açıqlandı

Belə ki, Fətullah Güləndən ümidini kəsən təşkilat rəhbərlərinin 2015-ci ildə Pensilvaniyada FETÖ-nün iqamətgahından 5 kilometr aralıda torpaq sahəsi aldıqları iddia edilir.
Təşkilat həmin ərazini qəbiristanlığa çevirərək, "qürbətçi məzarlıq" adlandırıb. ABŞ-da dünyasını dəyişən təşkilat üzvləri burada dəfn edilir.
Həmin ərazidə Fətullah Gülən üçün də məzar yeri hazırlanıb. Məlumata görə, onun üçün nəzərdə tutulan yer iki sərv ağacının arasında yerləşir.