Yenilik.Az
www.Yenilik.Az » Dünya » Fətullah Gülən Türkiyədə basdırılacaq? - Dəfn yeri açıqlandı

Fətullah Gülən Türkiyədə basdırılacaq? - Dəfn yeri açıqlandı

Fətullah Gülən Türkiyədə basdırılacaq? - Dəfn yeri açıqlandı
2024-10-21 , 12:30

Ölüm xəbəri yayılan Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin harada dəfn olunacağı açıqlanıb. Pravda.az Publika.az-a istinadən xəbər verir ki, təşkilatın keçmiş kəşfiyyat hesabatlarına əsasən Gülən Pensilvaniyada dəfn olunacaq.

 
Belə ki, Fətullah Güləndən ümidini kəsən təşkilat rəhbərlərinin 2015-ci ildə Pensilvaniyada FETÖ-nün iqamətgahından 5 kilometr aralıda torpaq sahəsi aldıqları iddia edilir.
 
Təşkilat həmin ərazini qəbiristanlığa çevirərək, "qürbətçi məzarlıq" adlandırıb. ABŞ-da dünyasını dəyişən təşkilat üzvləri burada dəfn edilir.
 
Həmin ərazidə Fətullah Gülən üçün də məzar yeri hazırlanıb. Məlumata görə, onun üçün nəzərdə tutulan yer iki sərv ağacının arasında yerləşir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.