Almaniyada 11 nəfərin öldüyü hadisəni Səudiyyə Ərəbistanı vətəndaşı törədib – KİV

Hadisəni törədənin 50 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Taleb A. olduğu bildirilir. Onun Almaniyadakı klinikalardan birində psixoterapiya sahəsində çalışan həkim olduğu iddia edilir.
Qeyd olunur ki, Taleb A. 2006-cı ildən Almaniyada yaşayıb.
Xatırladaq ki, ötən gün Almaniyanın Maqdeburq şəhərində bir nəfərin avtomobilini Milad bazarında toplaşan camaatın arasına sürməsi nəticəsində 11 nəfər ölüb, 60-dan çox insan yaralanıb. Xəsarət alanlardan 15-nin vəziyyətinin ağır olduğu bildirilir.