Yenilik.Az
www.Yenilik.Az » Dünya » Almaniyada 11 nəfərin öldüyü hadisəni Səudiyyə Ərəbistanı vətəndaşı törədib – KİV

Almaniyada 11 nəfərin öldüyü hadisəni Səudiyyə Ərəbistanı vətəndaşı törədib – KİV

Almaniyada 11 nəfərin öldüyü hadisəni Səudiyyə Ərəbistanı vətəndaşı törədib – KİV
2024-12-21 , 22:19

Almaniyanın Maqdeburq şəhərində Milad bazarına avtomobillə girərək 11 nəfərin ölümünə, 60-dan çox insanın isə yaralanmasına səbəb olan şəxsin kimliyi ilə bağlı bəzi detallar üzə çıxıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Almaniya mətbuatında məlumatlar dərc olunub.
Hadisəni törədənin 50 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Taleb A. olduğu bildirilir. Onun Almaniyadakı klinikalardan birində psixoterapiya sahəsində çalışan həkim olduğu iddia edilir.
Qeyd olunur ki, Taleb A. 2006-cı ildən Almaniyada yaşayıb.
Xatırladaq ki, ötən gün Almaniyanın Maqdeburq şəhərində bir nəfərin avtomobilini Milad bazarında toplaşan camaatın arasına sürməsi nəticəsində 11 nəfər ölüb, 60-dan çox insan yaralanıb. Xəsarət alanlardan 15-nin vəziyyətinin ağır olduğu bildirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.