Moskvaya uçmalı olan təyyarə havaya qalxa bilmədi

Sfera.az xəbər verir ki, pilotlar uçuşa hazırlıq prosesində əyləci sıxıblar.
"A4 7054 Batumi-Moskva reysi qalxmazdan əvvəl dayandı. Bundan dərhal sonra sərnişinlərdən “Sukhoi Superjet 100”ü tərk etmək və baqajlarını götürmək xahiş olunub", - məlumatda bildirilib.
"Səbəb açıqlanmayıb. Hazırda bütün sərnişinlər terminal binasındadır, əlavə məlumat gözləyirik. Təxminən 40 dəqiqə əvvəl yola düşməli olan reys saat 16:55-ə qədər gecikdirilib. Sərnişinlər hələ də Moskvaya necə uça biləcəklərini bilmirlər", - sərnişinlərdən biri bildirib.
Digər sərnişinin sözlərinə görə, aviaşirkətin əməkdaşı texniki xəta barədə məlumat verib: "Hazırda sistemin test edilməsi aparılır. Gözlənilən sınaq müddəti 1 saatdır". (Report)