Yenilik.Az
www.Yenilik.Az » Dünya » Moskvaya uçmalı olan təyyarə havaya qalxa bilmədi

Moskvaya uçmalı olan təyyarə havaya qalxa bilmədi

Moskvaya uçmalı olan təyyarə havaya qalxa bilmədi
2024-12-26 , 23:08

Gürcüstanın Batumi şəhərindən Moskvaya uçmalı olan Rusiyanın "Azimut" aviaşirkətinin təyyarəsi havaya qalxa bilməyib.

 
Sfera.axəbər verir ki, pilotlar uçuşa hazırlıq prosesində əyləci sıxıblar.
 
"A4 7054 Batumi-Moskva reysi qalxmazdan əvvəl dayandı. Bundan dərhal sonra sərnişinlərdən “Sukhoi Superjet 100”ü tərk etmək və baqajlarını götürmək xahiş olunub", - məlumatda bildirilib.
 
"Səbəb açıqlanmayıb. Hazırda bütün sərnişinlər terminal binasındadır, əlavə məlumat gözləyirik. Təxminən 40 dəqiqə əvvəl yola düşməli olan reys saat 16:55-ə qədər gecikdirilib. Sərnişinlər hələ də Moskvaya necə uça biləcəklərini bilmirlər", - sərnişinlərdən biri bildirib.
 
Digər sərnişinin sözlərinə görə, aviaşirkətin əməkdaşı texniki xəta barədə məlumat verib: "Hazırda sistemin test edilməsi aparılır. Gözlənilən sınaq müddəti 1 saatdır". (Report)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.