Husilər ABŞ-nin PUA-sını vurub
Yəmənin Ənsar Allah hərəkatının husiləri öz səmasında ABŞ-nin MQ-9 pilotsuz təyyarəsini vurub.“Yəmən silahlı qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Əl-Beyda əyaləti üzərində səmada Amerikaya məxsus MQ-9 pilotsuz təyyarəsini vurmağa nail olublar”, - o bildirib.
Onun sözlərinə görə, PUA yerli istehsal olan yer-hava raketi ilə vurulub.
