Yenilik.Az
www.Yenilik.Az » Dünya » Husilər ABŞ-nin PUA-sını vurub

Husilər ABŞ-nin PUA-sını vurub

Husilər ABŞ-nin PUA-sını vurub
2024-12-29 , 09:18

Yəmənin Ənsar Allah hərəkatının husiləri öz səmasında ABŞ-nin MQ-9 pilotsuz təyyarəsini vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sariya məlumat verib.
“Yəmən silahlı qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Əl-Beyda əyaləti üzərində səmada Amerikaya məxsus MQ-9 pilotsuz təyyarəsini vurmağa nail olublar”, - o bildirib.
Onun sözlərinə görə, PUA yerli istehsal olan yer-hava raketi ilə vurulub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.