Yenilik.Az
www.Yenilik.Az » Dünya » İran İsrailin Yəmən limanına hücumunu pisləyib

İran İsrailin Yəmən limanına hücumunu pisləyib

İran İsrailin Yəmən limanına hücumunu pisləyib
2024-07-21 , 11:49

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsrailin Yəmənin Qırmızı dənizdə yerləşən Hudeyda şəhərindəki limanına hücumunu pisləyib.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Diplomatın fikrincə, yəmənlilər Qəzza zolağındakı qadın və uşaqları dəstəklədikləri üçün “bədəl ödəməli olurlar”.
“Kənani sionist rejimin (İsrail – red.) Yəmənin Hudeydə şəhərindəki limanına hücumlarını qətiyyətlə pisləyib”, – materialda deyilir.
Bundan başqa, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi insidenti “İsrail iqtidarının aqressiv mahiyyətinin təzahürü” adlandırıb. O, yəhudi dövlətinin hərəkətlərinin eskalasiyasına və bütün Yaxın Şərqdə hərbi əməliyyatların yayılmasına səbəb ola biləcəyini vurğulayıb.
Xatırladaq ki, daha əvvəl BMT-nin Baş katibi Antoniu Quterriş İsrailin Yəmənə hava hücumundan narahatlığını ifadə etmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.