Yenilik.Az
www.Yenilik.Az » Dünya » İsrail HƏMAS-a qarşı genişmiqyaslı hücuma başladı

İsrail HƏMAS-a qarşı genişmiqyaslı hücuma başladı

İsrail HƏMAS-a qarşı genişmiqyaslı hücuma başladı
2023-10-10 , 16:25

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS-a qarşı genişmiqyaslı əməliyyata başladığını elan edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti rəsmi teleqram kanalında məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələri Qəzza zolağında terror təşkilatı HƏMAS-ın hədəflərinə qarşı genişmiqyaslı əməliyyata başlayır", - məlumatda deyilir.
Həmçinin bildirilir ki, bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinə məxsus qırıcı təyyarələr Qəzza zolağında HƏMAS-ın bir sıra hədəflərinə, o cümlədən silah anbarına və hərbi kompleksə zərbələr endirib.
Bundan əlavə, İsrailə qarşı terror hücumlarını istiqamətləndirmək üçün istifadə edilən Cəbəliyyədəki komanda-nəzarət məntəqəsi də vurulub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.