Yenilik.Az
www.Yenilik.Az » Dünya » Qəzza darmadağın edilir, İran televiziyası VURULDU, SEPAH bazasında PARTLAYIŞ 

Qəzza darmadağın edilir, İran televiziyası VURULDU, SEPAH bazasında PARTLAYIŞ 

Qəzza darmadağın edilir, İran televiziyası VURULDU, SEPAH bazasında PARTLAYIŞ 
2023-10-10 , 16:22

İsrail ordusunun endirdiyi zərbələr nəticəsində məcburi köçkünlərin sayı 187 minə çatıb. Musavat.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.

Bildirilib ki, 83 məktəb binasında ən azı 137 min insan məskunlaşıb, 50 min insan isə evsizdir. Qəzzada sığınacaqlar çox olsa da, su məhdudiyyəti var. Üstəlik, İsrail Qəzzanın su, elektrik, qaz xəttini dayandırıb.
İsrail ordusu Qəzza zolağı ətrafında hərbi əməliyyatların başlaması ilə əlaqədar 48 saat ərzində ehtiyatda olan 300 min nəfəri orduya çağırıb. İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, döyüş texnikası cəhətdən çatışmazlıq yoxdur. “HƏMAS döyüşçüləri İsraili hərbi cəhətdən geridönməz məğlubiyyətə uğratdı”. İranın ali dini lideri Əli Xamenei deyib.
“Oktyabrın 7-də işğalçı sionist rejim həm hərbi, həm də kəşfiyyat baxmınıdan geridönməz məğlubiyyətlə üzləşdi. Hamı deyirdi ki, məğlubiyyət mümkün deyil. HƏMAS işğal rejiminin suverenliyinin bəzi əsaslarını məhv etdi, onu bərpa etmək o qədər də asan olmayacaq”, - Xamenei bildirib.
“Əlbəttə, biz Fələstini və onların müqavimətini dəstəkləyirik. Biz çox qürur duyduğumuz ağıllı və cəsarətli Fələstin gənclərinin alnından və əllərindən öpürük”, - deyə o bildirib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 2-ci Dəniz Piyadaları bazasında güclü partlayış olub. Partlayışın ardınca bölgədə yanğın baş verib. Qeyri-rəsmi mənbələr partlayışın səsinin kilometrlərlə uzaqdan eşidildiyini, partlayış dalğası nəticəsində yaxın bölgələrdə olan evlərin şüşələrinin qırıldığını bildirirlər.
TVMusavat-ın “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu təhlükəsizlik mütəxəssisi, analitik Sülhəddin Əkbərlə müzakirə aparır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.