Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Baş nazirdən “Qaçqınkom”la bağlı qərar

Baş nazirdən “Qaçqınkom”la bağlı qərar

Baş nazirdən “Qaçqınkom”la bağlı qərar
2023-03-10 , 15:07

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi genişləndirilib.

Yenilik.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Dövlət Komitəsinin kollegiyasının tərkibi 7 nəfərdən 9 nəfərə çatdırılıb.
Yeni qərarla kollegiyanın tərkibi aşağıdakı kimi formalaşıb:
Kollegiyanın sədri
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Kollegiyanın üzvləri:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavinləri;
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri;
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının Regional idarəetmə və status şöbəsinin müdiri;
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri;
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının Təşkilat-nəzarət və analitika şöbəsinin müdiri;
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının Maliyyə şöbəsinin müdiri;
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.