NYT: Maskın adamları dövlət qulluqçularının əməkhaqqı məlumatlarına çıxış əldə ediblər

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, bu hərəkətlər hökumət əməkdaşlarının məxfi məlumatlarının sızması və kibertəhlükələr qarşısında zəiflik riskləri ilə bağlı fəaliyyəty göstərən aparıcı İT-mütəxəssislərin etirazlarına səbəb olub. Mənbələrin bildirdiyinə görə, ABŞ Daxili İşlər Nazirliyinin nəzdində olan bu sistemə daxil olduqdan sonra DOGE əməkdaşları işçilərin sosial sığorta nömrələri də daxil olmaqla məxfi məlumatlarını görə bilir, həmçinin işə qəbul və işdən azadetmə prosedurlarını sadələşdirilmiş şəkildə həyata keçirə bilirlər.