Yenilik.Az
www.Yenilik.Az » Dünya » NYT: Maskın adamları dövlət qulluqçularının əməkhaqqı məlumatlarına çıxış əldə ediblər

NYT: Maskın adamları dövlət qulluqçularının əməkhaqqı məlumatlarına çıxış əldə ediblər

NYT: Maskın adamları dövlət qulluqçularının əməkhaqqı məlumatlarına çıxış əldə ediblər
2025-04-01 , 16:54

ABŞ hökumətinin işinin səmərəliliyinin artırılması üzrə agentliyi (DOGE) (sahibkar İlon Maskın kurasiyasında fəaliyyət göstərir) ötən həftəsonu təxminən 276 min federal qulluqçunun əməkhaqqı hesablaması sisteminə çıxış əldə edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Bu barədə The New York Times (NYT) qəzeti məlumat yayıb.

Qəzetin həmsöhbətlərinin sözlərinə görə, bu hərəkətlər hökumət əməkdaşlarının məxfi məlumatlarının sızması və kibertəhlükələr qarşısında zəiflik riskləri ilə bağlı fəaliyyəty göstərən aparıcı İT-mütəxəssislərin etirazlarına səbəb olub. Mənbələrin bildirdiyinə görə, ABŞ Daxili İşlər Nazirliyinin nəzdində olan bu sistemə daxil olduqdan sonra DOGE əməkdaşları işçilərin sosial sığorta nömrələri də daxil olmaqla məxfi məlumatlarını görə bilir, həmçinin işə qəbul və işdən azadetmə prosedurlarını sadələşdirilmiş şəkildə həyata keçirə bilirlər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.