Məsud Pezeşkian İsrail hücumlarında yaralananlara baş çəkdi – VİDEO

Prezidentin səfəri zamanı səhhəti ağır olan bəzi mülki şəxslərin xüsusi diqqətə alındığı bildirilib. O, hadisədən zərər çəkən ailələrə dəstək veriləcəyini, zəruri tibbi xidmətlərin göstəriləcəyini və hökumətin vətəndaşların yanında olduğunu vurğulayıb.
Qeyd edək ki, İsrailin son hücumları nəticəsində İranın bir neçə bölgəsində mülki infrastruktura zərər dəyib və yaralılar arasında qadın və uşaqların da olduğu bildirilir.