Yenilik.Az
www.Yenilik.Az » Dünya » Məsud Pezeşkian İsrail hücumlarında yaralananlara baş çəkdi – VİDEO

Məsud Pezeşkian İsrail hücumlarında yaralananlara baş çəkdi – VİDEO

Məsud Pezeşkian İsrail hücumlarında yaralananlara baş çəkdi – VİDEO
2025-06-23 , 17:06

İran Prezidenti Məsud Pezeşkian İsrailin son raket hücumları nəticəsində xəsarət alan vətəndaşlara baş çəkib.

Bu barədə İranın dövlətə yaxın KİV-ləri görüntülər yayıb. Kadrlar Prezident Pezeşkianın xəstəxanada yaralılarla görüşdüyünü və onların vəziyyəti ilə şəxsən maraqlandığını əks etdirir.
Prezidentin səfəri zamanı səhhəti ağır olan bəzi mülki şəxslərin xüsusi diqqətə alındığı bildirilib. O, hadisədən zərər çəkən ailələrə dəstək veriləcəyini, zəruri tibbi xidmətlərin göstəriləcəyini və hökumətin vətəndaşların yanında olduğunu vurğulayıb.
Qeyd edək ki, İsrailin son hücumları nəticəsində İranın bir neçə bölgəsində mülki infrastruktura zərər dəyib və yaralılar arasında qadın və uşaqların da olduğu bildirilir. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.