Tramp dünyanın ən təhlükəli şəhərini açıqladı
"Çikaqo dünyanın ən pis və ən təhlükəli şəhəridir"."İllinoys ştatının qubernatoru Cey Pritskerin həqiqətən köməyə ehtiyacı var, sadəcə o, bunu hələ bilmir", - deyə Tramp vurğulayıb.
ABŞ prezidenti qeyd edib ki, son həftəsonu Çikaqoda azı 54 nəfər güllələnib, səkkiz nəfər isə həlak olub: "Mən Vaşinqtonda etdiyim kimi cinayət problemini tez bir zamanda həll edəcəyəm. Çikaqo yenidən təhlükəsiz olacaq".
Qeyd edək ki, avqustun 12-də Pentaqon paytaxtda cinayətkarlıqla mübarizə aparmaq üçün ABŞ Milli Qvardiyasının 800-ə yaxın hərbçisini Vaşinqtonda yerləşdirmişdi.
