Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp dünyanın ən təhlükəli şəhərini açıqladı

Tramp dünyanın ən təhlükəli şəhərini açıqladı

Tramp dünyanın ən təhlükəli şəhərini açıqladı
2025-09-03 , 11:18

"Çikaqo dünyanın ən pis və ən təhlükəli şəhəridir".

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
"İllinoys ştatının qubernatoru Cey Pritskerin həqiqətən köməyə ehtiyacı var, sadəcə o, bunu hələ bilmir", - deyə Tramp vurğulayıb.
ABŞ prezidenti qeyd edib ki, son həftəsonu Çikaqoda azı 54 nəfər güllələnib, səkkiz nəfər isə həlak olub: "Mən Vaşinqtonda etdiyim kimi cinayət problemini tez bir zamanda həll edəcəyəm. Çikaqo yenidən təhlükəsiz olacaq".
Qeyd edək ki, avqustun 12-də Pentaqon paytaxtda cinayətkarlıqla mübarizə aparmaq üçün ABŞ Milli Qvardiyasının 800-ə yaxın hərbçisini Vaşinqtonda yerləşdirmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.