Bu supermarketlərin mənə aidiyyəti yoxdur – Boykot edin
“Bu mağazaların nə olduğunu, harada yerləşdiyini, necə xidmət göstərdiyini bilmirəm. Açığı, “88” adlı mağazalardan heç vaxt istifadə etməyi də düşünmürəm. Artıq 20 ilə yaxındır ki, ailəmiz üçün alış-verişi İrəvanda fəaliyyət göstərən iki fərqli supermarket şəbəkəsindən edirəm və gələcəkdə də belə olacaq. Tərəvəzləri isə şəhərin müxtəlif küçələrində yerləşən meyvə-tərəvəz dükanlarından alırıq. Mənim “88” supermarketlər şəbəkəsinə heç bir aidiyyətim yoxdur. Bu şəbəkənin xidmətlərindən istifadə etməyin - hətta Anna Akopyanın “88” supermarketlərindən bir butulka su belə almayın. Ümumiyyətlə, adımla əlaqələndirilən istənilən biznesi boykot edin”, - deyə Akopyan bildirib.
