Yenilik.Az
www.Yenilik.Az » Dünya » Bu supermarketlərin mənə aidiyyəti yoxdur – Boykot edin  

Bu supermarketlərin mənə aidiyyəti yoxdur – Boykot edin  

Bu supermarketlərin mənə aidiyyəti yoxdur – Boykot edin  
2025-12-03 , 08:24

“Bəyan edirəm ki, ailəmiz “88” supermarketlərinin xidmətlərindən heç vaxt istifadə etməyib və etmir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan “Facebook” səhifəsində yazıb.
“Bu mağazaların nə olduğunu, harada yerləşdiyini, necə xidmət göstərdiyini bilmirəm. Açığı, “88” adlı mağazalardan heç vaxt istifadə etməyi də düşünmürəm. Artıq 20 ilə yaxındır ki, ailəmiz üçün alış-verişi İrəvanda fəaliyyət göstərən iki fərqli supermarket şəbəkəsindən edirəm və gələcəkdə də belə olacaq. Tərəvəzləri isə şəhərin müxtəlif küçələrində yerləşən meyvə-tərəvəz dükanlarından alırıq. Mənim “88” supermarketlər şəbəkəsinə heç bir aidiyyətim yoxdur. Bu şəbəkənin xidmətlərindən istifadə etməyin - hətta Anna Akopyanın “88” supermarketlərindən bir butulka su belə almayın. Ümumiyyətlə, adımla əlaqələndirilən istənilən biznesi boykot edin”, - deyə Akopyan bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.