Livan prezidenti Netenyahu ilə görüşdən imtina etdi
Livan mediası prezident Aunun İsrailin Baş naziri Netanyahu ilə planlaşdırılan görüşdən imtina etdiyini yazıb.Yenilik.az “Ed-Diyar” qəzetinə istinadən xəbər verir ki, Livan tərəfi ABŞ rəsmilərinə Netanyahu ilə görüşün hazırkı sabitləşdirmə səylərinə zərər verəcəyini bildirib. Vaşinqton isə bu yanaşmanı müsbət qarşılayıb.
Xəbərdə o da vurğulanıb ki, Beyrut Təl-Əvivlə sülh sazişi imzalamağı qarşısına məqsəd qoymur və onun əsas məqsədi sərhəd təhlükəsizliyi və ərazi bütövlüyünü təmin etməkdir.
Xatırladaq ki, İsrail və Livanın Vaşinqtondakı səfirləri aprelin 14-ü və 23-də ABŞ-nin vasitəçiliyi ilə keçiriləcək danışıqlara hazırlıq məqsədilə bir araya gəlmişdilər.
ABŞ Dövlət Departamentində keçirilən ilk görüş “1993-cü ildən bəri ən yüksək səviyyəli birbaşa görüş” kimi qeydə alınmışdı.
