Yenilik.Az
www.Yenilik.Az » Dünya » Livan prezidenti Netenyahu ilə görüşdən imtina etdi

Livan prezidenti Netenyahu ilə görüşdən imtina etdi

Livan prezidenti Netenyahu ilə görüşdən imtina etdi
2026-05-08 , 14:46

Livan mediası prezident Aunun İsrailin Baş naziri Netanyahu ilə planlaşdırılan görüşdən imtina etdiyini yazıb.


Yenilik.az “Ed-Diyar” qəzetinə istinadən xəbər verir ki, Livan tərəfi ABŞ rəsmilərinə Netanyahu ilə görüşün hazırkı sabitləşdirmə səylərinə zərər verəcəyini bildirib. Vaşinqton isə bu yanaşmanı müsbət qarşılayıb.

Xəbərdə o da vurğulanıb ki, Beyrut Təl-Əvivlə sülh sazişi imzalamağı qarşısına məqsəd qoymur və onun əsas məqsədi sərhəd təhlükəsizliyi və ərazi bütövlüyünü təmin etməkdir.

Xatırladaq ki, İsrail və Livanın Vaşinqtondakı səfirləri aprelin 14-ü və 23-də ABŞ-nin vasitəçiliyi ilə keçiriləcək danışıqlara hazırlıq məqsədilə bir araya gəlmişdilər.

ABŞ Dövlət Departamentində keçirilən ilk görüş “1993-cü ildən bəri ən yüksək səviyyəli birbaşa görüş” kimi qeydə alınmışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.