Bakıda evdə yanğın olub: Xəsarət alanlar var

Bakıda evdə yanğın olub: Xəsarət alanlar var Bakıda evdə yanğın olub, xəsarət alanlar var.
Yenilik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda bir dam altında tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 70 kvadratmetr olan 2 otaqlı evin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə, içərisində ümumi sahəsi 45 kvadratmetr olan qazanxananın yanar konstruksiyaları və binanın dam örtüyü 80 kvadratmetr sahədə yanıb.
Yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 5 kvadratmetr sahədə əriyib.
Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.

Geri qayıt