Bakıda evdə yanğın olub: Xəsarət alanlar var

Bakıda evdə yanğın olub, xəsarət alanlar var.
Bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda bir dam altında tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 70 kvadratmetr olan 2 otaqlı evin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə, içərisində ümumi sahəsi 45 kvadratmetr olan qazanxananın yanar konstruksiyaları və binanın dam örtüyü 80 kvadratmetr sahədə yanıb.
Yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 5 kvadratmetr sahədə əriyib.
Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
OXŞAR XƏBƏRLƏR