Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Bakıda obyektdə yanğın olub: Üç maşın yanıb

Bakıda obyektdə yanğın olub: Üç maşın yanıb

Bakıda obyektdə yanğın olub: Üç maşın yanıb
2023-05-04 , 11:36

Bakıda obyektdə yanğın olub.

Yenilik.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Xətai rayonunda ümumi sahəsi 250 kvadratmetr olan birmərtəbəli, taxta konstruksiyadan ibarət müxtəlif təyinatlı obyektlərdən sahəsi 50 kvadratmetr olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan sexin qarşısında təmirə dayanan “Mercedes-Benz” və “Honda” markalı minik avtomobillərinin ön hissəsi, “Hyundai” markalı minik avtomobilinin arxa hissəsi yanıb. Tikilinin və avtomobillərin qalan hissələri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.