“Prius”un vurduğu hamilə qadın öldü

Qəza nəticəsində piyada-22 yaşlı Güllü Mehdiyeva xəstəxanaya aparılarkən bətnindəki övladını itirib. Ağır vəxiyyətdə reanimasiya şöbəsinə yerləşdirilən qadın bir neçə saat sonra dünyasını dəyişib.
G.Mehdiyeva ailənin tək övladı olub.
Onunla birlikdə olan baldızının isə ayağı sınıb.
Qəza törədən avtomobilin sürücüsü istintaqa cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.