Yenilik.Az
www.Yenilik.Az » Hadisə » “Prius”un vurduğu hamilə qadın öldü

“Prius”un vurduğu hamilə qadın öldü

“Prius”un vurduğu hamilə qadın öldü
2023-08-06 , 14:03

Ötən gün Xətai rayonu ərazisində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil qəzadan yayınmaq istəyərkən iki nəfər piyadanı vurub.
Qəza nəticəsində piyada-22 yaşlı  Güllü Mehdiyeva xəstəxanaya aparılarkən bətnindəki övladını itirib. Ağır vəxiyyətdə reanimasiya şöbəsinə yerləşdirilən qadın bir neçə saat sonra dünyasını dəyişib.
G.Mehdiyeva ailənin tək övladı olub. 
Onunla birlikdə olan baldızının isə ayağı sınıb.
Qəza törədən avtomobilin sürücüsü istintaqa cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.