Qəzada həlak olan pilotun dostu: İki aya təqaüdə çıxmalı idi, lakin bunu istəmirdi

O bildirib ki, hadisədən bir gün əvvəl danışıblar:
"Hər şey qaydasında idi. Üç gün əvvəl görüşmüşdük. Qayıtdıqdan sonra yenidən görüşəcəkdik. Mükəmməl bir insan idi. Çox pozitiv idi. İşindən də çox danışmağı sevmirdi. İki aya təqaüdə çıxmalıydı, lakin bunu istəmirdi. Nəşinin nə vaxt gətiriləcəyi ilə bağlı məlumatımız yoxdur".