Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Qəzada həlak olan pilotun dostu: İki aya təqaüdə çıxmalı idi, lakin bunu istəmirdi

Qəzada həlak olan pilotun dostu: İki aya təqaüdə çıxmalı idi, lakin bunu istəmirdi

Qəzada həlak olan pilotun dostu: İki aya təqaüdə çıxmalı idi, lakin bunu istəmirdi
2024-12-26 , 16:21

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL-a məxsus təyyarənin pilotu İqor Kşnyakin iki aya təqaüdə çıxacaqdı.

"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında onun dostu Nicat Baqiyev deyib.
O bildirib ki, hadisədən bir gün əvvəl danışıblar:
"Hər şey qaydasında idi. Üç gün əvvəl görüşmüşdük. Qayıtdıqdan sonra yenidən görüşəcəkdik. Mükəmməl bir insan idi. Çox pozitiv idi. İşindən də çox danışmağı sevmirdi. İki aya təqaüdə çıxmalıydı, lakin bunu istəmirdi. Nəşinin nə vaxt gətiriləcəyi ilə bağlı məlumatımız yoxdur".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.